29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB

02.12.2020

 Azərbaycanda koronavirusa yoluxan insanların 81 faizə qədəri xəstəliyi yüngül simptomplarla keçirir.

Trend-in məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bu gün keçirilən brifinqdə deyib.

N.Mustafayeva bildirib ki, həmin xəstələr evdə müalicə oluna bilirlər. O qeyd edib ki, virusu əsasən ürək-damar xəstəliyi olan, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, arterial hipertenziyası, xərçəng xəstəliyi, xroniki xəstəliyi olan insanlar ağır keçirir.

TƏBİB rəsmisi bildirib ki, bəzi insanlar həkim təyinatı olmadan antibiotiklərlə, sistem vurulması və digər dərman peraparatları ilə özlərini müalicə etməyə çalışırlar: "Lakin sonrakı dövrlərdə daha da ağırlaşmış hallarda xəstəxanalara müraciət edirlər ki, bu da çətinliklər yaradır”.

Bütün bunların yolveriməz olduğunu bildirən N.Mustafayeva panikaya yol verilməməyin vacibliyini qeyd edib.