29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT-in təşkilatın boş qalan rəhbər vəzifələrinə TƏYİNATI

02.12.2020

 ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ bilərlər.

DM-in xəbərinə görə, bu barədə ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor jurnalistlərə açıqlamasında bildirib.

ABŞ-ın ATƏT-dəki səfiri təşkilata üzv dövlətlərin xarici işlər nazirlərinin dekabrın 3-4-də keçiriləcək illik iclasında bu vəzifələrə yeni təyinatlarla bağlı razılığa gəlinə biləcəyini vurğulayıb.

O qeyd edib ki, təşkilatda baş katib, milli azlıqlar üzrə ali komissar, media azadlığı üzrə xüsusi nümayəndə və seçki və insan haqları üzrə ofis rəhbəri postları boşdur.

ABŞ diplomatı ATƏT-in Baş katibi postuna namizədin hazırda Avropa İttifaqının xarici siyasət ofisində eyni titula sahib olan alman diplomat Helqa Şmid olduğunu, digər üç posta irəli sürülən namizədlərin isə Portuqaliya, Qazaxıstan və İtaliyadan olduğunu deyib: "Macarlar hazırda Ukrayna ilə olan qarşıdurmalarından narahat olduqlarını dilə gətirirlər və bu məsələ sözügedən vəzifələrə seçki prosesinə təsir edir, amma biz bunun həll ediləcəyinə inanırıq. İnanıram ki, onlar seçiləcəklər”.

Qeyd edək ki, ATƏT qərarları konsensus və ya yekdilliklə verir. Bu isə o deməkdir ki, Avropa, Orta Asiya və Şimali Amerikadan olan üzv dövlətlər arasında olan narazılıq vəziyyəti asanlıqla çıxılmaz vəziyyətə gətirə bilər. Belə ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməyiblər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boşdur.