29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

19 yaşlı qəhrəman

02.12.2020

19 yaşlı şəhid Xətai Həsənovun yaşı az olsa da, ölümü ilə ən yüksək zirvəyə - şəhidlik zirvəsinə ucalıb.

DM BAKU.TV-yə istinadən xəbər verir ki, o, qorxub-çəkinmədən düşmənlə döyüşdü, Vətən torpaqlarını canından əziz tuttu. Şəhidimizin atası Xaliq Həsənov deyir ki, son görüşündə oğlu ondan hallalıq istəyib.

Xətai Həsənov 2001-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 3 bacısından sonra evin tək oğlan övladı olub.

Döyüşlər başlamazdan öncə hərbi xidmətə yollanıb. İkinci Qarabağ savaşına qatılaraq mərdliklə düşmənə qarşı vuruşub.

Şəhidlik zirvəsinə ucalmazdan öncə Ağdarə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə oktyabrın 30-u, yəni ölümündən bir gün öncə danışıb. Şəhid Xətai Həsənov anası Qabilə xanıma "mənimlə fəxr edəcəksiniz” deyib.

Şəhid Xətai Həsənovun anası deyir ki, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub. Daima hərbi formalar geyinər, hər zaman hərbi sahəyə maraq göstərərdi. Lakin evin tək övladı olduğundan ailəsi onun hərbçi olmağına razı olmayıb.

Xətai Həsənov Ağdam rayonunun Qaraqoyunlu kəndində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhrəmancasına şəhid olub. Bu gün onunla nəinki ailəsi, bütün Azərbaycan xalqı fəxr edir.

Məlumat üçün bildirək ki, Xətai Həsənov son 30 ildə Tovuz rayonunun Qovlar qəsəbəsinin ilk şəhididir.

Ərtaflı BAKU.TV-nin süjetində: