08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təcili yardıma 2133 zəng olub

04.07.2018

İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı Metropoliten stansiyalarının qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.
S.Əhmədova ötən gün ərzində BŞTTTYS-nın 103 xidmətinə ümumilikdə 2 133 müraciət daxil olduğunu bildirib:
"Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib. Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır. İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb”.