29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni qubernator getdi: ancaq “Sünik” işarəsi verdi

01.12.2020

Ermənistanın Sünik vilayətinin qubernatoru Unan Poqosyan istefa səbəblərini açıqlayıb.

DM xəbər verir ki, o, bununla bağlı paylaşımını Sünik qubernatorluğunun Feysbuk səhifəsində edib.

Poqosyan hansı arqumentlərin gətirilməsindən asılı olmayaraq, indiki reallıqlarla barışa bilmədiyini yazıb. O, reallıqlar dedikdə postmüharibə dövründəki vəziyyəti, Qarabağdakı məğlubiyyəti və ərazi itkisini nəzərdə tutduğunu bildirib.

Ən maraqlı məqam isə qubernatorun son ismarışıdır. Belə ki, o, Sünikin sərhədlərini gücləndirməyi və onu qorumağı xahiş edib.

Məsələ bundadır ki, son vaxtlar erməni politoloq və iqtisadçılar Ermənistanın Zəngəzur (Sünik qubernatorluğu bu qədim mahalımızda yerləşir) mahalını Azərbaycana verməyə məcbur olacağı haqda tez-tez fikirlər bildirirlər. Onların qənaətinə görə, Azərbaycan artıq işğal zamanı maddi zərərlə bağlı hesablamalara başlayıb və beynəlxalq məhkəmələrə müraciət edərək, Ermənistanın onmilyardlarla dollar təxminat ödəməsi barədə qərar çıxarılmasına nail olacaq.

"Ermənistan o qədər təzminatı ödəmək iqtidarında deyil, əvəzini torpaqla kompensasiya etməyə məcbur olacaq. Azərbaycan isə Naxçıvanla əlaqəsini bərpa edən Zəngəzuru tələb edəcək”, - erməni ekspertlər bildirirlər.

Görünür, Paşinyanın vaxtilə ən qatı tərəfdarlarından sayılan Poqosyan da bunu nəzərdə tutub.