29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"1992-ci ildə çıxdığımız maşınla Laçına qayıdacağıq"

01.12.2020

"1992-ci il may ayının 18-də bu maşınla Laçından çıxmışıq".

Bunu açıqlamasında Laçın rayon Pircahan kəndi sakini Temiran Kərimov deyib. O bildirib ki, rayon işğal olunanda ailəlikcə bu maşınla Laçından çıxıblar:

"Ogündən düz 28 ildir ki, bu maşını saxlamışıq. Bu maşın - "QAZ-69" 1962-ci ilin istehsalıdır. İnanırdım ki, bir gün mütləq qayıdacağıq. Ona görə də köhnə olsa da saxlayırdım. Biz bu günü səbrsizliklə gözləyir və bu günün yetişəcəyinə inanırdıq. Şükür olsun, Allah bizə bu günü nəsib elədi. İnşallah bu maşınla da Laçına qayıdacağıq".