09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

8 yaşında məktəbi bitirdi - belçikalı istedad

04.07.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Belcikada 8 yaşlı oğlan məktəbi il yarıma qurtarıb.

8 yaşlı belçikalı oğlan Loran Simons artıq məktəbi qurtarmış və universitetə daxil olmaq niyyətindədir. Bu barədə RTBF məlumat verib. Loran məktəbin altı illik təhsil kursunu il yarıma başa vurub və 18 yaşlı məzunlarla birlikdə attestat alıb. RTBF-ə müsahibəsində Loran bildirib ki, riyaziyyat onun sevimli fənnidir. Ona görə ki, əhatəlidir, onda həm satatistika, həm cəbr, həm də həndəsə var. Loranın valideynlərinin dediklərinə görə o, boş vaxtlarında riyazi məsələlər həll edir və tibbə aid kitablar oxuyur. Əvvəllər cərrah, ya da ki, astranom olmaq istəyirdi. Ancaq indi informatikaya meyillidir. Valideynlər onu da qeyd ediblər ki, Loran
kicik yaşlarından qeyri-adiliyi ilə seçilib və başqa uşaqlarla oynamağı da xoşlamayıb. Balaca vunderkind yay tətilindən sonra universitetə daxil olmaq istəyir. Dünyanın bütün universitetlərindən təklif alan Loran hələ ki, seçim etməyib.