04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atdı

01.12.2020

Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur.

O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb.

DM xəbər verir ki, Elə bu hərəkətinə görə döyüş yoldaşları Şəkinin Baş Zəyzid kəndində anadan olan 23 yaşlı Tərlan Həsənovu "Qumbara Tərlan" adlandırırlar. Çünki o, 10-a yaxın əsgər yoldaşı şəhid olmasın deyə düşmənin səngərə atdığı qumbaranın üstünə uzanaraq onların həyatını xilas edib. Qərar vermək üçün sadəcə bir neçə saniyəsinin olduğunu deyən Tərlan ya özü ilə birgə hər kəsi təhlükəyə atmalı, ya da ki özünü fəda edərək döyüş yoldaşlarını xilas etməli idi. Və o, ikinci yolu seçib.

Həmin an yanında olan döyüş yoldaşları Tərlanın daha çox xəsarət almaması üçün dərhal onun ayaqlarının üstünə oturaraq başını yuxarıya doğru qaldırıblar ki qəlpə onun üzünə girməsin.

Partlayışdan sonra Tərlan saatlarla huşsuz vəziyyətdə qalıb. Hamı onun şəhid olduğunu düşünüb. Xoşbəxtlikdən bronjilet və sinəsində olan rabitə aparatı onu ölümdən xilas edib.