28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ermənilər burada ölülərlə döyüşürdü”

01.12.2020

Rusiyanın "Dojd” telekanalı "Burada və indi” layihəsi çərçivəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycanın Füzuli şəhəri ilə bağlı reportaj yayımlayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, reportajda jurnalist Vladimir Romenski bildirir ki, ətrafda tutqun mənzərə hökm sürür: erməni hərbçilərinin atdığı hərbi sursatlar, hər yerdə dağıdılmış binalar, vurulmuş hərbi texnika...

Reportajda 1890-cı ildə tikilmiş Hacı Ələkbər məscidinin kadrları yer alıb. Hazırda bu məscidin yalnız bir divarı qalıb.

Ardınca qəbiristanlıq görüntüləri nümayiş etdirilib. Jurnalist buradakı məzarüstü abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Məşhur muğam ifaçısı Ağabala Abdullayevin büst şəklində qəbirdaşı yerdədir. Vandallar büstü dağıdıblar, məzardan uzaq aparıblar. "Onlar (ermənilər -red.) burada ölülərlə döyüşürdü”, - reportajın qəhrəmanlarından biri deyir.