27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ombudsmanın beynəlxalq ictimaiyyətə müraciəti

30.11.2020

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 30 noyabr - Kimyəvi Müharibə Qurbanlarının Anım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Ombudsman Aparatından bildirilib ki, müraciətdə qeyd olunub ki, 30 noyabr tarixi hər il dünya ictimaiyyəti tərəfindən Kimyəvi Müharibə Qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu gün "Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” 1992-ci il 30 noyabr tarixli Konvensiyanın iştirakçısı olan dövlətlərin Konfransının 30 noyabr 2015-ci il tarixində Niderlandın Haaqa şəhərində keçirilmiş 20-ci sessiyasının qərarı ilə elan edilib: "Anım gününün əsas məqsədi kimyəvi müharibə qurbanlarına ehtiram göstərmək, həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının kimyəvi silah təhlükəsinin aradan qaldırılması ilə bağlı öhdəliklərini təsdiqləmək, bununla da sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq məqsədlərini təbliğ etməkdən ibarətdir.

Kimyəvi silahların istifadəsini tamamilə qadağan etməyi və müvafiq nəzarət mexanizmini yaratmağı əsas məqsəd kimi qarşıya qoymuş Konvensiyanı ilk imzalayan ölkələrdən biri olan Azərbaycan Respublikası 1999-cu ilin 9 noyabr tarixində Milli Məclis tərəfindən qəbul edilmiş Qanuna əsasən həmin beynəlxalq sənədi ratifikasiya etmişdir. Bununla da ölkəmiz bu Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar olaraq 1997-ci ilin 29 aprel tarixində təsis olunmuş Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının tam hüquqlu üzvü olub.