28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyevin cəsarətli addımları...

30.11.2020

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Şimali Kiprin Prezidenti Ərsin Tatarla görüş keçirilib.

DM xəbər verir ki, görüşdə cəmiyyətin sədri Orxan Həsənoğlu, üzvləri – professor Fəxrəddin Məmmədov, tanınmış bəstəkar, professor Cavanşir Quliyev, həkim Bəxtiyar Məmmədov və azərbaycanlı iş adamı Tural Əliyev iştirak ediblər.

Prezident seçkilərində uğur qazanması münasibətilə Şimali Kiprdə yaşayan soydaşlarımız adından Ə.Tatarı təbrik edən cəmiyyətin sədri O.Həsənoğlu Azərbaycanın tarixində önəmli hadisələrin baş verdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əzəli torpaqlarımızı işğaldan azad etdiyi, bu nəticənin əldə olunmasında qardaş Türkiyə və Şimali Kipr xalqının mənəvi dəstəyinin daim hiss edildiyi barədə danışıb.

Ə.Tatar qonaqları salamlayaraq deyib ki, Azərbaycanın Qarabağ savaşında sərgilədiyi milli iradə Kipr türklərini çox sevindirib:

"Möhtərəm Prezident İlham Əliyevin cəsarətli addımları Qarabağ müharibəsində zəfər əldə olunması ilə nəticələndi. Biz hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduq. Bundan sonra da Şimali Kipr Türk Respublikası qardaş Azərbaycanın yanında olacaq”.

Görüşün sonunda Ərsin Tatara xatirə plaketi təqdim edilib.