28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda etirazlar

30.11.2020

Ermənistanda etiraz aksiyaları davam edir və bu aksiyaların fonunda polis orqanları insanları heç bir səbəb gətirmədən həbs edir, onları hara apardığını bildirmirlər.

DM xəbər verir ki, bu barədə İşıqlı Ermənistan Partiyasının deputatı Ani Samsonyan öz Feysbuk hesabında yazıb.

"Bir neçə gün əvvəl mən etiraz aksiyalarında maskalı polislər tərəfindən həbs edilən vətəndaşlarla bağlı Ermənistan polis rəisinə müraciət etdim və bunları bildirdim:

1. Onlar hansı polis bölməsindən olduqlarını aydın şəkildə bildirməlidirlər.

2. Mülki geyimdəki şəxslərin insanları həbs etdiyinin şahidi olmuşam. Məgər qanunvericiliyə görə polislərimiz xidməti müddətində forma geyinmək məcburiyyətində deyilmi?

3. Nəyə görə polislər mülki geyim və maska ilə öz kimliklərini gizləməyə çalışırlar?” - o bildirib.

Qeyd edək ki, 10 noyabrda Qarabağ münaqişəsinin yekunu ilə bağlı üçtərəfli bəyanatın imzalanmasından bəri Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı etiraz aksiyaları keçirilir.