28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb

30.11.2020

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb.

DM-in "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə M. Sandu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

O bildirib ki, inaqurasiya mərasimi dekabrın 24-də Respublika Sarayında baş tutacaq.
Yeni seçilmiş prezident qeyd edib ki, pandemiya ilə əlaqədar andiçmə mərasimi geniş keçirilməyəcək və məhdud sayda qonaqlar bu mərasimə qatılacaq.

Xatırladaq ki, Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 15-də keçirilib və M. Sandu səslərin 57.75 faizini qazanaraq qalib gəlib. Hazırkı prezident İqor Dodon seçkidə səslərin 42.25 faizini toplayıb.