02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər

30.11.2020

Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin bir müddət öncə saxlanıldığı Şuşa həbsxanasının indiki görüntüsü yayılıb.

Hərbçilərimiz həbsxananın son vəziyyətini çəkib paylaşıblar.
 
Kadrlardan da göründüyü kimi, həbsxanada saxlanma şəraiti həddindən artıq pis olub. Girovluqda olan soydaşlarımız uzun müddət bu həbsxanada qalıb.

Xatırladaq ki, Qarabağ döyüşləri ərəfəsində Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən Şuşa həbsxanasından çıxarılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarının verdiyi məlumata əsasən, soydaşlarımız Şuşa həbsxanasından çıxarılaraq öncə Gorisə, bir müddət orada saxlandıqdan sonra isə Şiraka aparılıblar.