02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elçin Səmədov Bakıya gətirilib

30.11.2020

44 gün davam edən Vətən Müharibəsində yaralanan qazi Elçin Səmədov Bakıya gətirilib.

Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, Elçin bu gün səhər Bakıya göndərilib və hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadır:

"Elçin hələlik əməliyyat olunmayıb. O, bu gün səhər saat 06:30-da Bakıya göndərilib. Onu ilk öncə müayinə edəcəklər, daha sonra əməliyyat olunacağı gözlənilir. Elçin hərbi vəzifəlidir və onun müalicəsi ilə Müdafiə Nazirliyi məşğuldur".

İH rəsmisi əlavə edib ki, Elçin Səmədovun səhhəti yaralandığı gündən dövlət səviyyəsində nəzarətdə saxlanılır:

"Elçin yaralandığı gündən rəhbərlik tərəfindən diqqətdə saxlanılır. Bu bizim borcumuzdur, ona lazım olan bütün şərait yaradılıb və səhhətindən başqa heç bir problemi yoxdur. İnşallah, o da yaxın günlərdə öz həllini tapar".

E.Səmədov Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.