02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ Müharibəsinin gizli qəhrəmanları

30.11.2020

Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı əldə etdiyi zəfərdə Silahlı Qüvvələrin bir çox qoşun növü xüsusi qəhrəmanlıq göstərib.

DM xəbər verir ki, bunların arasında "Dəniz pişikləri"ni xüsusi qeyd etmək olar.

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən əsasən dənizdə, quruda, sahilyanı ərazilərdə, sualtında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan Dəniz Piyadaları SAH-SAM dəniz xüsusi təyinatlıları da Vətən Müharibəsində aktiv iştirak edib.

Hərbi ekspert Rəşad Süleymanov bildirib ki, az sayda olsalar da keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər. "Bir neçə yaşayış məntəqəmizdə, o cümlədən Qubadlı şəhərində bayrağımızı qaldırıblar. Döyüşlərdə SAT-larımız 9 şəhid verib", - deyə ekspert əlavə edib.