06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senatın “dqr”ı tanıması Fransaya qarşıdır

30.11.2020

 Fransanın İsraildəki keçmiş səfiri Cerard Araud və fransalı politoloq Dide Billion Senatın Qarabağla bağlı qərarını paylaşan senator Valeri Boyeri sərt tənqid ediblər.

DM xəbər verir ki, V.Boyer Tvitter hesabında "Fransa Senatı "dqr”i tanımaqdan və Türkiyə ilə Azərbaycana qarşı sanksiya tələb etməkdən qürur duydu” ifadələrini yazıb.

C.Araud isə buna cavab olaraq Senatın bu qərarı ilə Fransanın münaqişələrdə tərəf tutaraq vasitəçi rolundan çıxdığını bildirib:

"Fransanın milli maraqlarına qarşı seçimdir”.

D.Billion öz növbəsində Tvitter hesabında Fransa Senatının "dqr”i tanımaqla bağlı qətnamə qəbul etməsini böyük siyasi səhv adlandırıb:

"Bu, eyni zamanda beynəlxalq hüquqları bilməmək, həqiqətlərin təhrif edilməsi və çox təəssüf ki, gücsüzlüyün etirafıdır”.