28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-dən xəbərdarlıq

30.11.2020

 "Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək".

DM Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:

"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.