27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müsəlman ölkələri rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb

27.11.2020

Səudiyyə Ərəbistanı başda olmaqla beş müsəlman ölkəsi rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb.

Bu barədə Səudiyyə Ərəbistanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Twitter" hesabında deyilir.

"Dünyanın rəqəmsal transformasiyaya yönəldiyi zaman hər kəs üçün rəqəmsal gələcəyi reallaşdırmaq məqsədilə rəqəmsal əməkdaşlıq təşkilatı qurmaqdan qürur duyuruq", - deyə Səudiyyə Ərəbistanının rabitə və informasiya texnologiyaları naziri Abdullah əl-Svaha bildirib.

Onun sözlərinə görə, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı, Pakistan və İordaniya tərəfindən qurulan rəqəmsal iş birliyi 2020-ci ildən sonra Yaxın Şərq bölgəsində qadınların, gənclərin və sahibkarların rəqəmsal gələcəyini və hüquqları genişləndirəcək, iqtisadiyyatın inkişafı və sıçrayışı üçün rəqəmsal gələcəyə aparacaq.