28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenkodan AÇIQLAMA

27.11.2020

Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyanın qəbulundan sonra prezident olmayacağını bildirib.

DM-in BelTA-ya istinadən verdiyi xəbərə görə, bu barədə A. Lukaşenko Minskdə 6 nömrəli klinik xəstəxananın heyəti ilə görüşü zamanı deyib.

"Mən özüm üçün konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə mən artıq sizinlə prezident kimi çalışmayacağam. Ona görə də sakit olun və səbrlə gözləyin”, - deyə Belarus Prezidenti vurğulayıb.

A. Lukaşenko qeyd edib ki, o, yeni konstitusiya qəbul edilərkən kiminsə bu prosesi saxtalaşdırmasına və ya qəbul olunacaq konstitusiya ilə yeni seçkilərin keçirilməsinə əsla icazə verilməyəcək: "Hətta bunun istədiyim kimi olmayacağını bilsəm də bu baş verəcək. Niyə? Çünki Belarus xalqı üzləşməli olduğu ilə üzləşməlidir. Bu indi müharibəsiz daha yaxşıdır, sonradan müharibə ilə bu baş verərsə, daha pisdir”.