26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27.11.2020

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb.

"Azərsu” ASC-dən verilən məlumata görə, dövlət başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, o cümlədən içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar "Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb.

Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdır. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarmışdır. Yaranmış içməli su probleminin həlli məqsədilə "Azərsu” ASC-nin mütəxəssisləri Şuşa şəhərində araşdırma işlərinə başlayıb.