19 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Yeni erməni nazirin təyinatından öncəki müsahibəsi gündəm oldu

27.11.2020

Ermənistanın yeni iqtisadiyyat naziri Vahan Kerobyan təyinatından öncə verdiyi müsahibə ilə gündəm olub.

İkinci Qarabağ Müharibəsi zamanı münaqişə zonasına yollanan Kerobyan "Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Ermənistan ordusunun zəif olduğunu etiraf edib.

"Bizə vəziyyətlə bağlı çoxlu nağıl danışılıb. Biz fikirləşirdik ki, ordumuz çox güclü və çox böyükdür, ona görə hər şeyi edə bilərik. Ancaq reallığa gəldikdə isə, cəmiyyətdə heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi isə layiq olduğumuz nəticəni əldə etmişik”,- deyə Kerobyan müsahibəsində bildirib.