26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xocalı soyqırımında itkin düşənlərlə bağlı videoçarx

26.11.2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı növbəti videoçarxı təqdim edib.

İcmadan verilən xəbərə görə, bu dəfə 1992-ci il 26 fevral tarixində Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif Məhərrəmov və onun həyat yoldaşı Bəsirə Məhərrəmovanın faciəli həyatından bəhs olunur.

"Bu şəxslərlə bağlı 28 ildir beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər cavabsız qalıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistandan 90-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatları tələb edirik”, - deyə qeyd olunub.