25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin də Qarabağla bağlı bunu dedi

26.11.2020

 Bir vaxtlar Fransanın belə hərəkətlərinə görə deputat Şamil Qurbanov burada dedi ki, Jak Şirak qudurub. Və bundan sonra da dünyasını dəyişdi. İndi mən demək istəmirəm ki, Makron həddini aşıb. Sadəcə, Fransanın Türkiyə və Azərbaycana düşmənçiliyi var.

DM xəbər verir ki, bu fikirləri parlamentdə deputat Aqil Abbas səsləndirib.

Deputat xatırladıb ki, Fransa Suriyada və Liviyada Türkiyəyə uduzub:

"Hamımız bilirik ki, Fransa Senatı nədir. Mən düşünmürəm ki, Senat 500 min erməninin səsinə görə belə addım atsın. Bu, onların düşüncəsidir”.

Aqil Abbas bəzi həmkarlarının Fransanın Minsk Qrupundan çıxarılmasına dair təkliflərini tənqid edib:

"Artıq Minsk Qrupu yoxdur. İndi Minsk Qrupunu Bakı, Ankara və Moskva əvəz edir. Dağlıq Qarabağ adlı məfhum da yoxdur. Bunu Putin də açıq ifadə etdi. Qarabağ Azərbaycanın şəhidlərinin hesabına azad edilib. Senat nə istəyir, desin. Ancaq Minsk Qrupunu unudun getsin. Camaat elə düşünər ki, bunlar yenə gəlib başımızın altına yastıq qoyacaqlar”.