24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azay Quliyevdən Fransa ilə bağlı AÇIQLAMA

26.11.2020

 "Bu kağız parçası rişxənd doğuran maddələrlə doludur. Fransa Senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır. İşğaldan azad olmuş torpaqlarımızı işğalçıya geri qaytarmağa çağırır”.

DM-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasını təhlükəyə atır: "Bu sənəd bölgədə yenidən münaqişənin alovlanmasına şərait yaradır. Bu qətnamənin müəllifləri bir tərəfdən Fransanın həmsədr kimi rolunun artırılmasından bəhs edir, digər tərəfdən isə bu missiyanın bütün tələblərini kobud şəkildə pozaraq Ermənistanın belə tanımadığı qondarma qurumun müstəqilliyini tanımağa çağırır. Bununla yanaşı, Fransanın səlahiyyətli məhkəmə orqanları yerli bələdiyyələrin daha əvvəl Dağlıq Qarabağ "bələdiyyələri” ilə imzaladığı dostluq xartiyalarını qanunsuz olduğu üçün ləğv etməlidir. Həmçinin Azərbaycan da Fransanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri kimi iştirakına etiraz etməlidir. Fransadakı səfirimiz geri çağırılmalıdır. Qətnamə ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun da fəaliyyəti dayandırılmalıdır. Fransa Prezidenti bu yaxınlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Ona görə də Makron bu qətnamənin mətnini dəyişməlidir”.