26 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sudanın keçmiş baş naziri koronavirusdan vəfat edib

26.11.2020

 Sudanın keçmiş baş naziri, müxalifət "Ümmət” partiyasının lideri Sadik əl-Mehdi koronavirusdan vəfat edib.

DM Sudanın "Al-Sudani” nəşrinə istinadən xəbər verir ki, bu il noyabrın əvvəlində Sadik əl-Mehdidə koronavirus aşkarlanıb.  

84 yaşlı partiya sədrinin çərşənbə günü səhhəti pisləşib. Al-Arabiya telekanalının məlumatına görə, keçmiş baş nazir BƏƏ-də dünyasını dəyişib.

Xatırladaq ki, Sadiq əl-Mehdi iki dəfə Sudanın Baş naziri (1966-1967 və 1986-1989) olub. O, Ömər əl-Bəşirin hakimiyyətdə olduğu illərdə Sudan müxalifətinin ən nüfuzlu liderlərindən biri idi.