19 05 2024-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müdafiə Nazirliyindən Kəlbəcərlə bağlı YENİ AÇIQLAMA

25.11.2020

Bu gün səhər saatlarından Azərbaycan Ordusunun texnikaları Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonundan Kəlbəcərə hərəkət edir.

DM xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Qurum rəsmisi qeyd edib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir: "Kəlbəcərin ərazisi dağlıqdır, hündürlük, demək olar ki, 3500 metrdən artıqdır. Bu ağır şəraitdə Azərbaycan Ordusu rayona daxil olaraq Kəlbəcər ərazisini nəzarətə götürəcək. İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdəki mövqelər tutulacaq. Digər istiqamət isə üçtərəfli bəyanatla müəyyən olunmuş ərazi olacaq ki, bu haqda da sonradan məlumat veriləcək