19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncədə dağılmış obyektlərin bərpasına başlandı

24.11.2020

"Gəncədə 2000-dən yuxarı fərdi evə, çoxmərtəbəli binalardakı mənzillərə, qeyri-yaşayış obyektlərinə baxış keçirməliyik. Bu günə qədər təxminən 1300-ə qədər obyektə baxış keçirmişik, bununla bağlı texniki aktlar tərtib etmişik”.

Bunu Gəncə şəhəri üzrə işçi qrupun rəhbəri Ədalət Əliyev deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, işləri mümkün qədər tez yekunlaşdırmağa çalışırlar: "Artıq 12 gündür buradayıq. Gəncədə dağılmış obyektlərin sayı həddindən çoxdur. Qarşıya qoyulmuş tapşırıqda nəzərdə tutulan ilkin müşahidə aparmaqdan əlavə, artıq qiymətləndirmə aparmalıyıq. Texniki baxış aktları tərtib olunur. Bu aktlara dağılmış evlərin sahibləri də tanış olub imza atırlar. Bizim üçün əsas çətinlik odur ki, dağılmış evlərin sahibləri hazırda bu evlərdə yaşaya bilmir, bu səbəbdən də onlarla əlaqə qurmaqda bəzi problemlər yaranır. Ona görə də biz bir obyektə bir neçə dəfə baxış keçirməli oluruq. Mənzil istismar idarələri, yerli icra hakimiyyəti orqanlarına bununla bağlı müraciət etmişik. Bu məsələlərdə bizə kömək edirlər. Siyahıda göstərilən obyektlərin hamısı ilə bağlı texniki baxış aktları tərtib edilib başa çatdırılacaq”.