09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gecə 18 nəfər liftdə qalıb - RİSKLİ ƏMƏLİYYAT

03.07.2018

Bakı şəhərində gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, adisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar uğurla başa çatıb.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.