29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT öz missiyasını Dağlıq Qarabağda yerləşdirəcək

24.11.2020

BMT Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti (ƏMTX) dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır.

Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmi nümayəndəsi məlumat verib.

BMT rəsmisi qeyd edib ki, ƏMTX təmsil etdiyi qurumun digər ofisləri və yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edilərək, bir missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir.