29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin bu sözləri ermənilərə ünvanlanıb

24.11.2020

Rusiya heç vaxt Ermənistan üçün Dağlıq Qarabağda vuruşmaq istəməyib.

DM xəbər verir ki, bu sözləri İnfo-24-ün efirində hərbi ekspert, "Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağ və onun bütün ətrafının Azərbaycanın ərazisi olması barədə açıqlaması Moskvanın konfliktin əvvəlindən hansı mövqeni tutduğunu təsdiqləyir.

"Bu mesaj Rusiyanın Ermənistanı satması barədə hay-küy salanlara ünvanlanıb. Biz heç vaxt Ermənistan üçün Dağlıq Qarabağda vuruşmaq istəməmişik. Putin sadəcə illüziyalara qapılıb, bizə nəsə ünvanlayanlara cavab verdi. İlk növbədə etirazlarınızı öz-özünüzə edin: erməni cəmiyyəti, erməni dövləti, erməni politelitası – bütün sualları öz-özlərinə ünvanlamalıdır”, - Korotçenko deyib.

O əlavə edib ki, beynəlxalq hüquq baxımından da keçmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir:

"Rusiyanın da mövqeyi münaqişənin lap əvvəlindən belə olub”.