29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ənənəvi təhsilə nə vaxt qayıdacağıq?

24.11.2020

Ölkədə mövcud pandemiya səbəbindən bütün təhsil müəssisələrində təhsil distant şəkildə aparılır. Mütəxəssislər praktiki təhsilin labüd olduğu ixtisaslarda oxuyan tələbələrin distant təhsil zamanı öz peşələrinə lazımınca yiyələnə bilmədiklərini qeyd edirlər.

Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, bəzi ixtisaslarda ənənəvi qaydada təhsilə üstünlük verilməlidir:

"Məsələn, Tibb Universitetində müalicə işi, əczaçılıq, stomatologiya kimi ixtisasların distant formada tədrisi tələbələrə nəsə qazandırmır. Nəzərə alsaq ki, belə hallarda qərarverici şəxs birbaşa universitetin özüdür, ona görə də düşünürəm ki, hansı ixtisaslarda praktiki üsullar tələb olunur, belə ixtisasların tələbələrini mütləq ənənəvi qaydada tədrisə cəlb etmək lazımdır.

Biz tələbəni tam ixtisaslı kadr kimi yetişdirmək istəyiriksə, normalda keçirilən təcrübə proqramlarının müddəti mütləq şəkildə uzadılmalıdır. Əks halda bu formada təhsil alan tələbəni hansısa cərrahiyyə əməliyyatına kortəbii şəkildə buraxa bilmərik”.

Ekspert bildirib ki, bu istiqamətdə digər ölkələrin təcrübələri öyrənilir, müəyyən addımların atılması zəruri hesab olunur:

"Ən azından bəzi sahələri bağlayıb, təhsildə ənənəvi qaydaya keçmək vacibdir. Lakin ölkəmizdə dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir. Yalnız mart ayından sonra hansısa dəyişikliklər ola bilər”.