09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2500 iranlı bu ölkədən qovulur

03.07.2018

ABŞ hökuməti ölkədən 2,5 min iranlını deportasiya edə bilər.

"Dövran Media" xəbər verir ki, bunu İran parlamentinin deputatı Moctabu Zolnura "Etemad” qəzetinə müsahibəsində deyib.

"ABŞ-ın eks-prezidenti Barak Obama 2500 iranlıya, o cümlədən İran məmurlarının ailələrinə Tehranla imzalanan nüvə müqaviləsi çərçivəsində ABŞ vətəndaşlığı verdi. Bu, Həsən Ruhaniyə bağlı olan yüksək vəzifəli məmurlara qarşı edilən jest idi. Əgər bu gün həmin iranlılar deport edilsə, o zaman kimin bunda iştirak etdiyi və amerikalılara bizim maraqlarımızı konfet kimi kimlərin satdığı bəlli olacaq. Bu siyahıdakı şəxslərin yalnız 60 nəfəri ABŞ-da təhsil alır, yerdə qalanlar isə İranın milli maraqlarına qarşı çalışırlar”, – deyə o bildirib.