28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı üçün anomal hava şəraiti

23.11.2020

Hazırda ölkə ərazisində müşahidə edilən hava temperaturu normadan 1-3 dərəcə aşağıdır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması ilə əlaqədar noyabrda temteratur aşağı düşüb:

"Hazırda ölkə ərazisində yağıntılar qeyri-bərabər şəkildə paylanır və müşahidə edilən temperatur normadan aşağıdır. Buna baxmayaraq, bu ilin noyabrında rekord göstərici qeydə alınmayıb. Yağıntıların bu cür olması isə noyabr üçün xarakterikdir”.

G.Məmmədova onu da bildirib ki, ölkə ərazisində 24-25 noyabrda hava şəraiti nisbətən sabit keçəcək:

"Paytaxtda sabahdan etibarən şimal-şərq küləyi əsəcək, əsasən yağmursuz olacaq. Ölkə ərazisində isə 24-25 noyabrda hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək”.