28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bizi 8 acı reallıq gözləyir-Sərkisyan

23.11.2020

Bu fəlakətin nəticələrini azaltmaq mümkündürmü? Düşünürəm ki, şansımız var.

DM xəbər verir ki, bu sözləri erməni ekspert Suren Sərkisyan yazıb.

O aşağıdakı nüansları qeyd edib:

"Hakimiyyətin səhvləri nəticəsində biz tezliklə aşağıdakı çətin reallıqlarla qarşılaşacağıq:

1. Xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və bütün addımlar bunun ətrafında atılacaq;

2. Az-çox müstəqil dövlətçiliyi olan Ermənistan süqut edəcək;

3. Biz artıq özümüzü bölgədəki ən döyüşkən orduya sahib ölkə olaraq qələmə verə bilmərik;

4. Ermənistan artıq "Dağlıq Qarabağın” təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında əsaslı dəyişikliklərə səbəb olacaq;

5. Ermənistan artıq öz təhlükəsizliyinin belə qarantı deyil;

6. Ermənistan artıq özündən daha güclü bir qüvvəyə qarşı müharibədə qalib gələn bir dövlət sayılmayacaq;

7. Bizim artıq şaxələndirilmiş, balanslaşdırılmış və ya tamamlayıcı xarici siyasətimiz olmayacaq;

8. Xarici siyasətimiz bundan sonra uyğunlaşan siyasət olacaq. Yəni biz geosiyasi və regional reallıqlara uyğunlaşacağıq”.

Ekspertin sözlərinə görə, bu faciələrin qarşısını almağın yeganə yolu hazırkı hökumətdə olan bütün səlahiyyətliləri işdən çıxarmaqdır.