28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Layiq olduğumuz yerdəyik-Kerobyan

23.11.2020

Erməni iş adamı və müharibədə könüllü olan Vaqan Kerobyan "Əl-Cəzirə” telekanalına Ermənistan rəhbərliyinin onlardan necə istifadə etməsindən danışıb.

DM xəbər verir ki, Kerobyan bu illər ərzində Ermənistanda güclü təbliğat aparıldığı üçün Azərbaycan Ordusu üzərindəki üstünlüklərinə arxayın olduqlarını bildirib.

"Bizə güclü olduğumuz barədə nağıllar danışırdılar, ordumuzun çox güclü, çox böyük olduğunu düşünürdük. Biz fikirləşirdik ki, istədiyimizi edə bilərik, amma əslində heç kimin real vəziyyətdən xəbəri yox idi. İndi layiq olduğumuz nəticəni əldə etmişik”, - o bildirib.