28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”ın Türkiyəyə səfər proqramı açıqlanıb

23.11.2020

Avropa Liqasının qrup mərhələsində "Sivasspor”la qarşılaşacaq "Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.

Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi matçın baş tutacağı İstanbula noyabrın 25-də gedəcək.

Qurban Qurbanovun kollektivini qardaş ölkəyə aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir. Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı "Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək "Qarabağ” – "Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də start götürəcək.