07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lobsanq Sanqay Ağ Evə dəvət edildi

23.11.2020

Mühacirətdəki Tibet hökumətinin rəhbəri Lobsanq Sanqay Ağ Evi ziyarət edib.

DM xəbər verir ki, bu barədə məlumatı tanınmamış "Tibetin Mərkəzi Administrasiyası” yayıb. Sanqayın Ağ Evlə bərabər Dövlət Departamentində də bir sıra şəxslərlə görüşlər keçirdiyi bildirilib.

Qeyd edək ki, bu, Tibet nümayəndəsinin Ağ Evə son 60 ildə ilk səfəridir.

Tibet dövləti 1912-1951-ci illərdə mövcud olub. 1949-cu ildə Tibet ərazisinə Çin hərbçiləri daxil olub və 2 il sonra bu ərazi tam olaraq Çinə birləşdirilib. Bundan sonra tibetlilər Hindistanda mühacirət hökuməti yaradıblar. Çin bu hökuməti separatçılar kimi tanıyır.