07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mingəçevirdə COVİD-19 xəstəsinə cinayət işi açıldı

23.11.2020

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə koronavirusa yoluxmuş şəxsin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb. 

Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq, digər şəxslərin də həyatına ciddi təhlükə yaradan Ş.Əhmədova barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.