29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda Ağdam coşqusu

20.11.2020

Bakıda Ağdamın işğaldan azad edilməsi izdihamla qeyd edilib.

DM Musavat.com-a istinadən xəbər verir ki, vətəndaşlar əllərində Azərbaycan və Türkiyə bayrağı, "Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək, Şəhidlər Xiyabanına yürüş ediblər.

Onlar Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər. Ağdamdan olan vətəndaşlar dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildirib, sevinc hislərini bölüşüblər. Ağdam üçün Şəhidlər Xiyabanına yürüş edənlərin arasında Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, keçmiş döyüşçülər də olub.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdam rayonunun işğaldan azad olunması müjdəsini verib.