06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan deputatlarıyla razılığa gəldi

20.11.2020

Paşinyan Mənim Addım Blokunun dağılmaması və özünün təklənməməsi üçün deputatlarla sövdələşməyə başlayıb.

DM xəbər verir ki, bu məlumatı "Qraparak” qəzeti yayıb.

Məlumata görə, o, deputatlarla görüşü zamanı onlara komandanı tərk etməmələri üçün nə etməsi lazım olduğunu soruşub. Deputatlar isə ona yeni hökumət formalaşdırılmasını və bura onların namizədinin təqdim olunmasını istəyiblər.

Razılaşmaya əsasən, deputatlar səhiyyə naziri vəzifəsinə David Məlik-Nübaryanı, müdafiə naziri vəzifəsinə Andranik Köçəryanı, təhsil naziri vəzifəsinə Arevik Anapiosyanı təklif ediblər.

Bununla belə, Köçəryanın namizədliyi ilə Paşinyanın razılaşmayacağı vurğulanıb. Onun yerinə isə Paşinyanın öz müşaviri Vaqarşak Arutyunyanı gətirməyi planlaşdırdığı bildirilib.