03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantin sərtləşdirildi

20.11.2020

Azərbaycanda karantin rejimi daha da sərtləşdirildi. Artıq dünya da yeni sərtləşmə mərhələsinə qədəm qoyur.

DM xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O bildirib ki, bir sıra Avropa ölkələrindən sonra qonşu Türkiyə və Rusiyada da karantin qaydaları sərtləşdirilib:

"Artıq yeni qaydalar ictimaiyyətə təqdim olunub. Yeni qaydalarda diqqəti çəkən əsas məqamlardan biri noyabrın 21-dən dekabrın 28-dək yalnız şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlərin dayandırılmasıdır. Bu o deməkdir ki, həftənin digər günləri üçün bu sahələrdə xüsusi yeni qadağalar olmayacaq. İqtisadçı olaraq, biz real özəl sektorun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıyıq. Çünki bu, iş yerlərinin bağlanmaması və ümumi iqtisadi dəyərin qorunub saxlanması baxımından vacibdir. Amma daha da sərtləşdirilməyə gedilməməsi üçün hamımız koronavirusdan qorunmaq qaydalarına əməl etməliyik”.