Ermənilər Füzuli məscidini bu hala salıb   
    
                          
     
                         19.11.2020
 
    
                        Ermənilər işğal altında olan illərdə Füzuli şəhərində yerləşən tarixi məscidi yerlə-yeksan ediblər. Məscidin yalnız bəzi divarları salamat qalıb. 
Həmçinin Füzuli şəhər məzarlığı da dağıntılara məruz qalıb. Qəbir daşlarının əksəriyyəti sökülüb, bəziləri isə oğurlanıb. Hətta məzarların ətrafındakı dəmir hasarların da sökülərək aparıldığı bildirilir.  
Xatırladaq ki, bununla yanaşı, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndindəki qəbiristanlıq da ermənilər tərəfindən dağıdılıb.