09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriyada Atatürkün qərargahı tapıldı - FOTO

02.07.2018

Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya müharibəsi illərində qərargah olaraq istifadə etdiyi ev tapılıb.

"Dövran Media" xəbər verir ki, bu barədə Hatay Universiteti Tarix fakültəsinin professoru Süleyman Hatipoğlu danışıb.

Məlumata görə, 1918-ci ildə Fələstində Yeddinci Ordu komandiri vəzifəsini icra edən Atatürk həmin ilin oktyabr ayında əvvəlcə Hələbə, daha sonra isə Afrin mahalına gəlib. Tabeliyindəki ordu ilə Racudakı dəmiryolu stansiyasında möhkəmlənən Atatürk buradakı kürd və ərəblərdən müqavimət şəbəkəsi təşkil edərək, ordu birləşmələrinə dəstək verən bir milis qüvvəsi formalaşdırıb.

İsgəndərun və Reyhanlı, Qırıqxan, Belen, Dər əl-Camal və Tel-Rıfat boyu uzanan xətti Atatürk qoruyub. Cənubdan Afrin istiqamətində irəliləyən ingilis ordusu 26 oktyabr 1918-ci ildə Katmada Yeddinci Ordu ilə qarşı-qarşıya gəlib. Atatürkün rəhbərliyi ilə Osmanlı ordusu və yerli qüvvələr Katmada ingilislər üzərində qələbə qazanıb.