09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İspaniya nəşri Putinin Qarabağla bağlı fikirlərindən yazdı

19.11.2020

İspaniyanın geniş oxucu auditoriyasına malik "La Vanguardia” qəzetinin elektron versiyasında dərc olunmuş yazıda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Rossia 24” telekanalına müsahibəsində Qarabağla bağlı dediyi fikirlər yer alıb.

DM xəbər verir ki, yazıda Vladimir Putinin beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, hətta Ermənistanın belə qondarma qurumun "müstəqilliyi”ni tanımaması ilə bağlı fikirləri əks olunub.

Rusiya prezidenti qeyd edib ki, Azərbaycan Ermənistan ərazisinə hücum etməyib və buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı döyüşlərə müdaxilə edə bilməzdi.

Yazıda, həmçinin Vladimir Putinin "əldə edilən üçtərəfli razılaşmadan imtina etməsi Ermənistan üçün "intihar” olardı” fikri yer alıb.