Ramiz Mehdiyev vəzifədən çıxarıldı  
    
                          
     
                         19.11.2020
 
    
                        					Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb.
DM "report”a istinadən xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib.
Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının "Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.