06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan matəmə qərq olub

19.11.2020

Ermənistan ordusunun Dağlıq Qarabağda gedən 44 günlük döyüşlər zamanı darmadağın edilməsi İrəvanı matəmə qərq edib.

DM xəbər verir ki, Azərbaycanın Milli Ordusu qarşısında acı məğlubiyyətə uğrayan və zərərsizləşdirilən minlərlə erməni hərbçinin ailə üzvləri, qohumları və yaxınları sakitləşmək bilmir.

İrəvanda artıq neçə gündür davam edən aksiyalarda Ermənistan hakimiyyətinin gəncləri qırğına verməsi səslənən əsas iradlardan biridir. Belə ki, ermənilər başda Nikol Paşinyan olmaqla bütün rəhbər şəxslərin, o cümlədən Ermənistanın Müdafiə Nazirliyinin həqiqətləri gizlətməyini, ictimaiyyətə yalan informasiyalar verməyini bir ağızdan səsləndirirlər.

Ermənistan ordusunun kapitanı Mkrtiç Ohanyanın anası Anahit Ohanyan belə bir fikir səsləndirib ki, Paşinyan 40 gündən sonra etdiyini müharibənin ikinci günündə niyə etmədi? Bir sözlə, erməni gənclər Ermənistanın siyasi və hərbi rəhbərliyinin, həmçinin işğalçı missiyanın qurbanına çevriliblər.

Qeyd edək ki, Vətən Müharibəsi Ermənistan və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarını alt-üst etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq.