05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəlbəcər meşələri erməni barbarlığı ilə üz-üzə

19.11.2020

Kəlbəcəri təhvil verən ermənilər meşələri yandırır, ağacları qırıb özləri ilə aparırlar.

Dağların qoynunda yerləşən Kəlbəcər rayonu qiymətli ağacları, sıx meşələri ilə seçilib. Düşmən isə bu cənnəti məhv etməklə, ağacları qırıb apararaq, oranı tərk edir.

Gənc yaşlarından doğma rayonunda meşəbəyi işləyən Vaqif İmranov bildirir ki, onun nəzarət etdiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub:

"Düşmənin yandırdığı ərazilər bizim kəndin, Abdullauşağının, Qaraçanlının, Mozun və Ağyatağın ərazilərini əhatə edən meşəlik ərazidir.

Orada qiymətli ağaclar vardı, onu da məhv edirlər. Çıxıb gedirlər, ev-eşikləri yandırırlar. Oraya qayıdan kimi o meşələri bərpa edəcəyik. Təzədən bütün Qarabağ zonasından bu yaşıl ağacları gətirəcəyik, orada əkib becərəcəyik. O meşələrin yerini boş qalmağa qoymayacağıq”.

Qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə tanınan Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axışırdı. Çay kənarında çadırlar qurub təbiətin mənzərəsini seyr edirdilər.

Vaqif İmranov o illəri belə xatırlayır.

"Respublikanın hər yerindən bizim rayona, kəndlərə dincəlməyə gəlirdilər. Çay qırağı vardı, Ağdam, Yevlax, Gəncədən gəlib Kəlbəcərdə dincəlirdilər. Mən də onlara yol göstərirdim”.