09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Argentinanın baş məşqçisindən İSTEFA QALMAQALI

02.07.2018

Argentina yığmasının məşqçisi Xorxe Sampaoli bu yaxınlarda istefa verəcək.

"Dövran Media" xəbər verir ki, Argentina Futbol Assosiasiyasının (AFA) rəhbəri Klaudio Tapiya baş məşqçi ilə istefa şərtlərini müzakirə edəcək.
Nəşrin məlumatına görə əgər tərəflər razılığa gəlməsələr o zaman AFA razılaşmanın ləğv edilməsinə təkid edəcək.
Sampaolinin 2017-ci ildə AFA ilə 5 illik müqavilə başlayıb.
Onun baş məşqçiliyi dövründə komanda 15 matç keçirib ki, onlardan 7-sini qələbə, 4-nü heç-heçə qalan 4-nü isə məğlubiyyətlə başa vurub.
Müqavilənin şərtlərinə görə razılaşma 2019-cu ilin iyun-iyul aylarında keçiriləcək Amerika kubokundan sonra ləğv edilə bilər. Bu turnirdən əvvəl Sampaoli işdən çıxarılarsa ona 20 milyon dollar təzminat verilməlidir.
Qeyd edək ki, Xorxe Sampaolinin Argentina baş məşqçiliyinə onun "Universidad de Çili” ilə 2015-ci ildə Amerika Kubokunu qazanmasından sonra gətirilib. Çili yığması kubok üzrə yarışda finalda Agentina yığmasını məğlub edib.