05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda döyüşən aktyor Emil Musayev

19.11.2020

Döyüşlərin ilk günündən cəbhədə olan aktyor Emil Musayev danışıb.

DM xəbər verir ki, tanınmış aktyor döyüşlərdə iştirakını çoxlarının təəccüblə qarşıladığını söyləyib.

Onun sözlərinə görə, Vətəni qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur:

"Vəzifəsindən asılı olmayaraq hər birimiz buradayıq. Cəbhədə olmaq çətin idi. Yaş etibarı ilə, fiziki quruluş etibarı ilə çətin idi. Vətən müharibəsi idi. Ona görə də hər şeyi ikinci plana atdıq.

Bütün Azərbaycan xalqını belə bir qələbə münasibəti ilə təbrik edirəm. Şəhidlərə Allahdan rəhmət, yaralılara cansağılığı arzu edirəm".